• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

16 ildən sonra üstü açılan qətl: Sevgilisini...

DÜNYA

19 Fevral 2022 | 17:55 | Müəllif: Subhan Mahmudov

16 ildən sonra üstü açılan qətl: Sevgilisini...

İrkutskda 16 il əvvəl törədilən cinayətin üstü açılıb.

Bakıvaxtı.az rus mediasına istinadən xəbər verir ki, 2006-cı il sentyabrın 13-də Matrosova küçəsində yerləşən gecə köşklərindən birində satıcı işləyən 34 yaşlı qadının meyiti tapılıb. Onu boğaraq öldürdükdən sonra kassadakı pulları da mənimsəyiblər. O zaman cinayətkarların izinə düşmək mümkün olmadığından iş dayandırılıb. Yaınız 2021-ci ildə işi yenidən qaldırıblar. Bəlli olub ki, qətli 23 və 33 yaşlarında olan iki kişi törədib.

Hər iki şəxs 2021-ci ilin avqustunda saxlanılıb. Onların oyun aparatlarından bütün pulları uduzduqdan sonra pulsuz qaldıqları, bu səbəbdən də cinayəti törətdikləri bildirilir. İndi barələrində çıxarılacaq məhkəmə hökmünü gözləyirlər.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026