• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada ammonyak sızması ilə bağlı qəza aradan qaldırıldı - YENİLƏNİB

DÜNYA

21 Mart 2022 | 11:20

Ukraynada ammonyak sızması ilə bağlı qəza aradan qaldırıldı - YENİLƏNİB

"Sumıximprom" zavodunda ammonyakın aızması ilə bağlı qəza aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Telegram”da məlumat yayıb.

Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri işləri yekunlaşdırıb.

 

*** 09:59

Ukraynanın Sumı şəhərində yerləşən “Sumıximprom” kimya sənayesi zavodunda ammonyak sızması baş verib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski xəbər verib.

Məlumata görə, bu sızıntı təxminən 5 km radius əraziyə təsir edib. Jivitski daha sonra bildirib ki, zərər dəyən zona 2,5 km-ə qədər azalıb. Külək şəhər istiqamətindən olduğu üçün Sumı sakinlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə olmadığı qeyd edilir.

Dmitri Jivitski teleqram kanalında yazıb ki, hazırda hadisə yerində zavodun və Fövqəladə Hallar Dövlət Xidmətinin təcili dəstələri işləyir: “Sumı üçün heç bir təhlükə yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026