• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müharibə 47 milyon insanı ac qoya bilər - BMT

DÜNYA

20 Aprel 2022 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Müharibə 47 milyon insanı ac qoya bilər - BMT

Rusiya - Ukrayna müharibəsi fonunda dünyada 47 milyonadək insan tələbat böhranı ilə əlaqədar güclü aclıqla üzləşə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) hesabatında bildirilir.

Təşkilat müharibənin bəşəriyyət üçün dalğavari effektlə bağlı olduğunu proqnozlaşdırır: "Bazarda taxıl və enerji daşıyıcıları qiymətlərinin gözlənilən qlobal bahalaşması müharibəyədək minimal ərzaq tələbatını ödəyə bilməyənləri ağır vəziyyətə salacaq".

81 ölkədə aparılmış araşdırmaların yekunlarına əsaslanan ÜƏP ərzaq təhlükəsizliyinin iki ssenarisini bölüşüb (report). Birinci ssenaridə Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar dünyanın 33 milyonadək, ikinci ssenaridə isə 47 milyonadək sakininin güclü aclıqla üzləşəcəyi ehtimalı irəli sürülüb.

Bildirilir ki, dünyada aclıq problemi ilə ümumilikdə 323 milyonadək insan qarşılaşa bilər. Bura müharibəyədək belə bir situasiya ilə mübarizə aparanlar da daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026