• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Azovstal”da əməliyyat gedir” - VİDEO

DÜNYA

20 May 2022 | 00:13 | Müəllif: Subhan Mahmudov

"Azovstal”da əməliyyat gedir” - VİDEO

Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar Mariupol zavodunda yaranmış vəziyyətdən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, videonu xalq deputatı Aleksey Qonçarenko yayımlayıb.

“Mən və komandanlıq “Azovstal” zavodunun ərazisindəyik. Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”, - deyə o qeyd edib.

Palamar göstərdiyi dəstəyə görə dünyaya və Ukraynaya təşəkkürünü bildirib və “görüşərik” deyə əlavə edib.

Xatırladaq ki, Mariupoldakı “Azovstal” zavodundan dinc əhali təxliyə edildikdən sonra Rusiya qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirmək cəhdlərini dayandırmayıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026