• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiyada şəkər tozu növbəsi - VİDEO

DÜNYA

21 Mart 2022 | 10:51

Rusiyada şəkər tozu növbəsi - VİDEO

Rusiyanın Saratov şəhərində şəkər qıtlığı yaşanır. 

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı videolar bir neçə gündür ki, sosial şəbəkələrin Rusiyanın seqmentində yayılır. 

Videolardan görünür ki, yüzlərlə sakin şəhər meydanına toplaşaraq növbə ilə yük maşınlarından şəkər almağa çalışır. 

“Kommersant” yazır ki, ölkə ərazisində şəkər tozunun qiyməti kəskin artıb. Bəzi yerlərdə 70 rubla satılan bu məhsul digər satış nöqtələrində 100-120 rubla təklif edilir. Qeyd edilir ki, vətəndaşlara 2 kiloqramdan çox şəkər almaq qadağan edilib. 

Xatırladaq ki, Ukraynaya hücumundan sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bir çox məhsulun qıtlığı da məhz iqtisadi vəziyyətin nəticəsi və əhalinin müharibə şəraitindən qorxaraq ərzaq depolaması ilə izah edilir.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026