• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Ukraynaya 35 milyard avro kreditin ayrılması təsdiqləndi

DÜNYA

22 Oktyabr 2024 | 15:40

Ukraynaya 35 milyard avro kreditin ayrılması təsdiqləndi

Avropa Parlamenti (AP) bu gün Strasburqda keçirilən plenar sessiyada Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

518 avropalı deputat Kiyevə makromaliyyə yardımının göstərilməsinin lehinə, 56 deputat əleyhinə səs verib, 61 deputat isə bitərəf qalıb.

Avropa Parlamenti xatırladır ki, bu kredit G7 ölkələrinin Ukraynaya 50 milyard dollar məbləğində (təxminən 45 milyard avro) maliyyə dəstəyinin göstərilməsi ilə bağlı iyunda razılaşdırılmış təşəbbüsünün bir hissəsidir.

Bu vəsait Ukraynaya 2025-ci ilin sonunadək ayrılacaq.


SON XƏBƏRLƏR