• Bakı 15° C

    13.49 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ukraynada Rusiyaya işləyən keşiş HƏBS EDİLDİ

DÜNYA

24 Aprel 2024 | 16:43

Ukraynada Rusiyaya işləyən keşiş HƏBS EDİLDİ

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətindəki liturgiya zamanı Ukrayna Silahlı Qüvvələrinin mövqelərini Rusiya tərəfinə verdiyi üçün Svyatoqorsk Lavra mitropolitini saxlayıb.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, söhbət mitropolit Arsenidən gedir.

İstintaqın məlumatına görə, o, liturgiya zamanı videoçəkilişə baxarkən, Ukrayna hərbi nəzarət-buraxılış məntəqələrinin ünvanlarını səsləndirib. Daha sonra video Lavranın saytında və yerli teleqram kanalında yayımlanıb.

Bundan əlavə, o, hələ tammiqyaslı işğaldan əvvəl, müsahibələri zamanı Ukraynadakı müharibə ilə bağlı Kremlpərəst fikirlər bəyan edib. Arsenini 8 ilə qədər həbs gözləyir.


SON XƏBƏRLƏR

05 May 2024