Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə regional birliyin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.
Məlumata görə, ciddi proseslər fonunda mayın 27-də Gürcüstan Aİ üzvü olan ölkələrin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.
Stano bildirib ki, diplomatik departamentlərin rəhbərləri xarici agentlər haqqında qanunun qəbulu fonunda Gürcüstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq və bu problemin həlli üçün gələcək addımları müəyyən edəcəklər.
Mina Mikayılova


jpg-1716548833.jpg)













