• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Universitetlərin qarşısındakı izdihama görə ekspertlərdən sərt reaksiya: "Səriştəsizlik, bacarıqsızlıq..."

GÜNDƏM

29 Sentyabr 2021 | 15:22

Universitetlərin qarşısındakı izdihama görə ekspertlərdən sərt reaksiya: "Səriştəsizlik, bacarıqsızlıq..."

Xəbər verdiyimiz kimi, bu gül ali təhsil müəssisələrinin qarşısında izdiham yaşanıb. Belə ki, universitetlərin girişində COVID-19 pasportunun yoxlanılması uzun növbə və sıxlıq yaradıb.

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki,  COVID-19 pasportunun yoxlanılması prosesini həyata keçirən ali təhsil müəssisələri xüsusi karantin rejiminin şərtlərini pozublar: “Sosial məsafənin gözlənilməsi qaydasına əməl etmək üçün təhsil müəssisələrin bütün qapıları, o cümlədən fövqəladə hallar zamanı nəzərdə tutulan ehtiyat qapılarını tələbələrin üzünə açmalıydı. Səriştəsizlik və bacarıqsızlıq nəticəsində koronavirusa qaşı mübarizə tədbirlərini həyata keçirə bilmirlər”.

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Sülyemanov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə hər il yeni tədris ili başlayanda ali təhsil müəssisələrinin qarşısında izdiham müşahidə olunub.

“Tədris ilinin ilk günündə tələbələri universitetə valideynləri gətirir. Adətən birinci kurslarda cədvəl qarışıqlığı müşahidə olunur. Nazirlər Kabinetinin qərarına əsasən COVID-19 pasportu yoxlanılmalıdır. Amma izdihamın qarşısını almaq üçün sürətli yoxlama sisteminə keçid olmalı idi. Türkiyədə ticarət mərkəzlərində və ictimai nəqliyyata girişdə  sürətli yoxlanış sistemi mövcuddur. Bizim bu təcrübədən istifadə edə bilərdik”,-deyə E.Süleymanov bildirib.

Ekspert qeyd edib ki, universitetlər pandemiyanın şərtlərinə əməl etməlidirlər.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026