"Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə əməkdaşı Luiz Uotaj deyib.
Onun sözlərinə görə, yalnız son günlər İsrail ordusunun iki məktəbə hücumu nəticəsində 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb:
"Bundan başqa, dərman və gigiyena vasitələri olan 40-a yaxın yük maşını hələ də Qəzzaya daxil olmaq üçün Misir və İordaniya sərhədlərində gözləyir".
Gülşən Şərif