• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutuldu

DÜNYA

09 Dekabr 2024 | 10:31

İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutuldu

Suriyanın paytaxtı Dəməşqdə İndoneziya səfirliyi atəşə tutulub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin Vətəndaşların müdafiəsi məsələləri üzrə Departamentinin direktoru Cudha Nuqraha deyib.

“Hadisə zamanı heç bir İndoneziya vətəndaşı xəsarət almayıb”, - "Jakarta Globe" məmura istinadən bildirib.

Onun sözlərinə görə, atəş təsadüfən açılıb. Hazırda Suriyada mindən çox indoneziyalı yaşayır, onlardan 19-u sığınacaq almaq üçün səfirliyə müraciət edib.

Səfirlik Suriyada qarşıdurmanın artması fonunda ən yüksək həyəcan səviyyəsi elan edib. İndoneziyalılara ərəb ölkəsinə səfərlərdən çəkinmək tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR