• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Suriyada keçid dövrü 18 ay davam edəcək

DÜNYA

09 Dekabr 2024 | 09:22

Suriyada keçid dövrü 18 ay davam edəcək

Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə "Middle East Eye" portalına deyib.

“Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”, - o bildirib.

"Middle East Eye" məlumat yayıb ki, onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Əl-Bəhra həmçinin hesab edir ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.


SON XƏBƏRLƏR