"Cari ilin noyabr ayından məlumat vərəqələri elektron formada təqdim olunur".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ƏƏSMN-nin tərkibindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov bildirib.
Onun sözlərinə görə, qanunvericiliklə müəyyən edilmiş müvafiq qurumlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması proaktiv qaydada həyata keçirilir.
K.Əkpərov qeyd edib ki, hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir. Həmçinin ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı e-sistem təkmilləşdirilib.
Artıq təyinatlar sistem tərəfindən aparılır ki, bu zaman vətəndaşa aid yanlış məlumatların qeydə alınması sıfıra bərabər olur.
Aytac Aslan







jpg-1674886884.webp)








