• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha ölümcül epidemiya ola bilər - ÜST-dən XƏBƏRDARLIQ

DÜNYA

24 May 2023 | 11:53

Daha ölümcül epidemiya ola bilər - ÜST-dən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələri koronavirusdan ölümcül xəstəliyə hazır olmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasının forumunda çıxış edən ÜST prezidenti Dr. Tedros Adhanom Qebreyesus başqa bir ictimai sağlamlıq böhranı təhlükəsinin yolda olduğunu deyərək, buna hazırlıqlı olmağın vacibliyini vurğulıayıb. Qebreyesusun fikrincə, daha da ölümcül potensiala malik başqa bir patogenin yaranması təhlükəsi çox yüksəkdir.

ÜST rəhbəri qeyd edib ki, yeni xəstəlik və ölüm dalğalarına səbəb olan başqa bir variantın yaranması təhlükəsi hələ də qalmaqdadır.

"Məsələni gecikdirə bilmərik. Növbəti epidemiya qapını döyəndə qətiyyətlə və kollektiv şəkildə cavab verməyə hazır olmalıyıq".

Qeyd edək ki, 2018-ci ildə ÜST ictimai sağlamlıq üçün ən böyük risk yaradan xəstəliklərin doqquz prioritet siyahısını müəyyən edib. Korona tipli viruslar müalicə edilməməsi və ya pandemiyaya səbəb ola bilməsi səbəbindən ən riskli növ hesab olunur.

Qebreyesus, koronavirus pandemiyasının ən qaranlıq günlərinə baxmayaraq, dünyanı təkbaşına dəyişdirmək gücünə malik "qiyamət variantının" hələ də ortaya çıxa biləcəyini iddia edərək ən təhlükəli olanı aşkar etmək və "nəzarət etmək" üçün yeni qlobal planın hazırlanmalı olduğunu əlavə edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026