Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Qazaxıstana rəsmi səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda bildirilir ki, Matviyenkonun Astanada Qazaxıstan rəhbərliyi və parlament üzvləri ilə görüşləri planlaşdırılıb. Səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığın inkişafına dair geniş məsələlərin müzakirəsi olacaq.
Federasiya Şurasının məlumatına görə, hər iki ölkənin parlamentlərinin yuxarı palatalarının rəhbərləri 2025-2027-ci illəri əhatə edən Parlamentlərarası Əməkdaşlıq Planını imzalamağı da nəzərdə tutublar.
Nuriyyə Musayeva