• Bakı 26° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

"Vaşinqton görüşü münasibətlərin daha da dərinləşməsinə şərait yaradacaq"

SİYASƏT

09 Sentyabr 2025 | 11:57

Vaşinqton görüşü münasibətlərin daha da dərinləşməsinə şərait yaradacaq

"Amerika və Azərbaycan müqayisəolunmaz şəkildə fərqli ölkələrdir. Lakin Vaşinqtonda baş tutan dialoqlarda aydın hiss olunurdu ki, Donald Tramp bu ünsiyyətdən məmnundur. Bu səmimi təmas sabah ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə şərait yaradacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında sədr müavini Rafael Hüseynli deyib.

R.Hüseynli qeyd edib ki,I Prezident İlham Əliyev yalnız Azərbaycanın deyil, həm də sabahın daha güclü Cənubi Qafqazının qurucusu kimi dəyərləndirilməlidir:

"Qarşılıqlı iqtisadi maraqlar münasibətlərə müsbət təsir göstərəcək və əməkdaşlığa yeni töhfələr verəcək".

Bildirib ki, ABŞ-nin həm 45-ci, həm də 47-ci prezidenti eyni adam olsa da, bu günün Trampı ölkəsini zəifləmiş təşkilatlardan azad etməyə çalışır, konkret addımlarla sülhə və yaxınlaşmaya yönəlir. 

Mina Mikayılova


SON XƏBƏRLƏR