Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də müsbət və konstruktiv telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Kreml görüşə nikbin baxır və prezidentlər problemli məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Kremlin açıqladığı məlumata görə, bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçiriləcək.