• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Vəkillər Kollegiyası Ədliyyə Nazirliyilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib

23 Dekabr 2021 | 16:50

Vəkillər Kollegiyası Ədliyyə Nazirliyilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib

Prezident İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin saxlanıldığı penitensiar sistemdə də aparılır, cəza siyasəti humanistləşdirilir, məhkumların saxlanma şəraiti müasirləşdirilir, bu sahədə səmərəli ictimai iştirakçılıq tətbiq olunur.
Bakıvaxtı.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, azadlıqdan məhrum edilmiş şəxslərin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumların hüquqlarının təmin olunması, onların sosial adaptasiyası ilə bağlı çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən, islahyönümlü tədbirlər təşkil olunur, məhkumlara ödənişsiz hüquqi yardımlar göstərilir.
Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası, vətəndaş cəmiyyəti institutları, ali təhsil müəssisələri və tələbə-həmkar təşkilatları ilə birgə ardıcıl tədbirlər davam etdirilir.
Həmin tədbirlər çərçivəsində Vəkillər Kollegiyası tərəfindən qarşıdan gələn 28 dekabr - “Vəkil günü” peşə bayramı münasibətilə Ədliyyə Nazirliyi ilə birgə növbəti hüquqi yardım aksiyası keçirilib. 
Vəkillər tərəfindən nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzacəkmə və Tərbiyə müəssisələrində qadın və yetkinlik yaşına çatmayan məhkumlara pulsuz hüquqi yardım göstərib, anaları ilə birlikdə qalan balacaları yeni il hədiyyələri ilə sevindiriblər.
Gömrük Akademiyasının könüllüləri olan 4-cü kurs tələbələrinin qoşulduğu aksiya zamanı məhkumlara 70-ə yaxın məhkəmə və digər orqanlarda hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım göstərilib, məsləhətlər verilib.
 

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026