"Venesuelaya mümkün qədər tez qayıtmağı planlaşdırıram".
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bunu Venesuela müxalifət lideri və 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado prezident Nikolas Maduronun həbsindən iki gün sonra Amerikanın "Fox News" kanalına verdiyi müsahibəsində deyib.
O, plkənin müvəqqəti prezidenti kimi and içən Delsi Rodrigezi sərt tənqid edərək, onun Venesuela hökumətinə aid edilən işgəncələrin əsas memarlarından biri olduğunu iddia edib.
“Azad və ədalətli seçkilərdə səslərin 90%-dən çoxunu qazanacağıq, buna şübhəm yoxdur. Biz Venesuelanı Amerikanın enerji mərkəzinə çevirəcəyik, qanunun aliliyini təmin edəcəyik, bazarları açacağıq, xarici investisiyalar üçün təhlükəsizliyə ehtiyacımız olacaq”, - deyə Maçado bildirib.
Qeyd edək ki, Maria Maçado Nikolas Maduro hökuməti tərəfindən 2024-cü ilin iyul ayında keçirilən prezident seçkilərində iştirak etmək hüququndan məhrum edilmişdi. Onun yerinə qısa müddətdə Edmundo Qonsales Urrutia namizəd kimi təyin olunmuşdu. Nikolas Maduro Milli Seçki Şurası (CNE) tərəfindən qalib elan edilmişdi və kiberhücum səbəbindən seçkinin ətraflı nəticələrini heç vaxt açıqlanmamışdı.
Aydın Baxış
Bakı 




