• Bakı C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Venesueladan ABŞ-nin yeni sanksiyalarına SƏRT REAKSİYA

DÜNYA

28 Noyabr 2024 | 12:10

Venesueladan ABŞ-nin yeni sanksiyalarına SƏRT REAKSİYA

Venesuela hökuməti ABŞ-nin elan etdiyi yeni sanksiyaların ölkə vətəndaşlarını hədəf aldığını və bu qərarlara boyun əyməyəcəklərini bəyan edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə hökumət öz saytındakı bəyanat yayıb.

Bəyanata əsasən, hökumət ABŞ-nin hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyalarını pisləyib.

"Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu ABŞ-nin öz uğursuzluğu və daxili sosial böhranını gizlətmək cəhdi kimi görürük. ABŞ bu sanksiyalarla ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ Venesuelanın daha 21 rəsmisinə, o cümlədən Nazirlər Kabinetinin üzvləri, səlahiyyətli orqanlar və kəşfiyyat xidmətlərinin əməkdaşlarına qarşı sanksiya tətbiq edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR