"Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilmişdir və büdcəyə 113.3 milyon manat zərər dəymişdir. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat həmçinin bildirib ki, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur. Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlanması da həyata keçirilməsi tövsiyyə olunandır.
Bundan başqa söyləyib ki, hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yənu 76.0 faizi uyğunluq auditidir. Cəmi 4 maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətin əhatə dairəsinə təsirsiz ötüşmür.
Büdcə qanunvericiliyində və dövlət satınalmalarda pozuntu sayının artması müşahidə olunur. Səbəbləri araşdırılmir? “Dövlət Satınalmaları” haqqında Qanunun ötən ildən qüvvəyə minməsi bu pozuntuların sayına necə təsir göstərəcək?
Pozuntuların 35 faizinin mənfəət vergisini əhatə etməsi xərclərin şişirdilməsi yolu ilə mənfəətin azaldılmasından xəbər verir.
2024-cü ildə keçirilən 42 auditin 34-də, yəni 80 faizindən çoxunda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkar edilib. Bu kifayət qədər ciddi rəqəmdir və maliyyə intizamının daha da möhkəmləndirilməsi prioritetləşdirir".
Son olaraq vurğulayıb ki, dövlət satınalmaları üzrə pozuntuların bölgüsündə,hesabata əsasən, 57 faizi satınalma keçirilmədən müqavilələrin bağlanmasıdır:
"Bu əslində o deməkdir ki, hər hansı tender və ya dövlət satınalması olmadan fərdi qərarlar ilə müqavilələr bağlanmış və dövlət vəsaiti istifadə edilmişdir".
Mina Mikayılova