• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəstəni görmədən yazılan dərmanlar ciddi fəsadlara yol aça bilər

CƏMİYYƏT

14 Fevral 2022 | 17:45 | Müəllif: Qalib İbrahimoğlu

Xəstəni görmədən yazılan dərmanlar ciddi fəsadlara yol aça bilər

Pandemiya dövründə bəzi sahələrdə olduğu kimi, səhiyyədə də onlayn iş rejiminə üstünlük verildi. Görünür, bunun nəticəsidir ki, bəzən hansısa həkimin xəstəni görmədən, müayinə etmədən resept yazdığını eşidirir. Bu, nə qədər doğrudur?

Koronavirus xəstəxanasının direktoru Emin Hüseyn Bakıvaxtı.az-a bildirib ki, koronovirus, ya da qeyri-koronavirus olmasından asılı olmayaraq, istənilən xəstəni realda görmədən resept yazmaq düzgün deyil. Onun sözlərinə görə, bunu ciddi fəsadları da ola bilər: “Çünki bütün xəstəliklər hər insanda müxtəlif formada özünü göstərə bilər. Xəstəliyin gedişatı, ağırlığı fərqli olur. Yazılan resept də həmişə individual olaraq hər insanın xəstəliyi hansı formada keçirməyinə uyğun olaraq yazılır”.

Həkimin sözlərinə görə, ancaq çox yüngül formalarda bir-birinə oxşar dərman paketləri var ki, ağırlaşmaları olmayan, yüngül keçirən xəstələrə verilir: “Burada söhbət ev nəzarətində olan xəstələrdən gedir. Onlar vitaminlər, xüsusi mineral maddələr, virus əleyhinə dərmanlardan istifadə edib müalicələrini aparırlar. Amma əgər xəstələrdə qızdırma, öskürək, təngənəfəslik və s. kimi müəyyən simptomlar varsa, mütləq həkimlə canlı müayinədə olmalıdırlar ki, xəstəliyin ağırlıq dərəcəsinə uyğun resept yazılsın”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026