Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri və dostları, mədəniyyət naziri Anar Kərimov, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.
*** 12:21
Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əklil göndərib.
R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.























