"Azərbaycanda Qarabağ atlarının auksionları daimi şəkildə həyata keçiriləcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələt və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Dilboz atlarının, həmçinin da gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların - inək, qoyun, keçi və digər heyvanlarının auksion vasitəsilə satışını həyata keçirməyi planlaşdırılır: "Ümumiyyətlə, Qobustan Heyvandarlıq Mərkəzi xaricdən gətirilmiş damazlıq heyvanların satışı üçün əlverişli məkandır. İstənilən təsərrüfatı olan şəxs damazlıq heyvan almağı istəyirsə bura gələ bilər".
V.Hüseynov qeyd edib ki,Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atlarının hərrac yolu ilə satışı uğurla başa çatıb.
Ramid İbrahimov
















