Əməkdar artist Xəyyam Nisanov Rusiyada fəaliyyət göstərən Nəvai Bəkirovu ifa zamanı Bakı şəhərini təhqir etməsinə görə onu "vətən xaini" adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Nisanov Bəkirovun ünvanına bu sözləri İnstaqram hesabında yazıb:
"Bu, artıq mənim əsəblərimi qıcıqlandırdı, ona görə də yazmağa vadar oldum. Ay vətən xaini! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni bu cür adlandırmaq olmaz. Bütün dünya bu videonu paylaşıb, sonra üzr istəmək, bu bəs edir ki?! Xeyr. Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Və sənin kimi xainlər cavab verməlidir. Təklif edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, xalqımız bu fikrə dəstək olacaq".
Qeyd edək ki, azərbaycanlı repçi Nəvai Bəkirov məkanların birində mahnı oxuyarkən ölkəmiz haqqında qeyri-etik ifadə işlədib. Daha sonra Nəvai Bəkirov ifadəsinə görə üzr istəyib.
















