• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

17 Oktyabr 2024 | 18:11

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə olunacaq küləkli hava ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 19-u səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb, çimal küləyinin 18-23m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 4-6 metrə çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR

17 Oktyabr 2024