• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Yağış yağacaq, leysan olacaq - SABAHIN HAVASI

CƏMİYYƏT

16 Noyabr 2024 | 12:34

Yağış yağacaq, leysan olacaq - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


SON XƏBƏRLƏR