• Bakı 14° C

    2.62 m/s

XI Qlobal Bakı Forumu: Azərbaycan parçalanmış dünyanın bərpasına çalışır

SİYASƏT

15 Mart 2024 | 09:26 | Müəllif: Qalib İbrahimoğlu

XI Qlobal Bakı Forumu: Azərbaycan parçalanmış dünyanın bərpasına çalışır

“Azərbaycan artıq bir çox beynəlxalq miqyaslı tədbirlərin ən etibarlı məkanına çevrilib”.

Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada beynəlxalq təşəbbüslərə dəstək verir, parçalanmış dünyamızın birləşməsi üçün ciddi cəhdlə çalışır:

"Bu məqsədlə Azərbaycan davamlı olaraq müxtəlif platformalarda qlobal əhəmiyyətli forumlar, konfranslar keçirilir. Bu konfransların önəmi çox böyükdür. Çünki beynəlxalq forumlarda dünyanın tanınmış liderləri, siyasi-ictimai xadimləri, keçmiş dövlət başçıları iştirak edirlər. Forumun açılış mərasimində cənab Prezidentin çıxış da xüsusi diqqət çəkdi. Dövlət başçısı növbəti dəfə Azərbaycan həqiqətlərini, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident Fransanın ikili standartları barədə də öz fikirlərini bildirdi. Paris hökumətinin Cənubi Qafqazda mənfi addımları barədə Azərbaycanın mövqeyini vurğuladı. Fransada Azərbaycan xalqının tanınmış şairi Xurşidbanu Natavanın heykəlinin vandalizmə məruz qalması barədə ciddi tənqidi fikirlərini dilə gətirdi".

Ceyhun Məmmədov: Bu qlobal tədbir hər şeydən öncə Azərbaycanın artan nüfuzunun göstəricisidir

Həmsöhbətimiz qeyd edib ki, özünü "güclü mədəniyyət sahibi" sayan Fransa açıq-aşkar ikili standartları həyata keçirən bir dövlətə çevrilib:

"Bu yanaşma da bölgəmizə sülhün gəlməsinə mane olur. Azərbaycan Fransanı sülhə mane olmamağa çağırır. Həmçinin Forumda qeyd olundu ki, Azərbaycan ən qısa zamanda bölgəyə sülhün gəlməsi üçün çalışır və hesab edirik ki, bölgədə sülhün nəhayət bərqərar olması üçün çox yaxşı imkanlar var. O imkanlardan hər iki tərəf istifadə etməlidir. Forumdakı digər çıxışlar da çox maraqlı və aktual idi. Yüzlərlə qonağın qatıldığı qlobal tədbir hər şeydən öncə Azərbaycanın artan nüfuzunun göstəricisidir".

Qeyd edək ki, martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu öz işinə başlayıb.

Martın 16-dək keçiriləcək Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə də XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq. Yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq. Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026