• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xiaomi elektromobilinin prototipi nə zaman təqdim olunacaq? 

CƏMİYYƏT

29 Mart 2022 | 05:33 | Müəllif: Qalib İbrahimoğlu

Xiaomi elektromobilinin prototipi nə zaman təqdim olunacaq?

Xiaomi şirkətinin Pekin-Tyantszin şöbəsinin rəhbəri Luo Baojun şirkətin ilk elektromobilinin prototipinin nə zaman təqdim olunacağını açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Baojun bildirib ki, Xiaomi-nin ilk elektromobili istifadəçilərin bütün gözləntilərini geridə qoyacaq. Onun sözlərinə görə, elektromobilin prototipi bu ilin üçüncü rübündə təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Xiaomi öz elektromobilini keçən ilin sentyabr ayında anons etmişdi. Həmin vaxtda həmçinin Xiaomi Automobile Co. Ltd. adlı şirkətin qeydiyyatı reallaşdırılmışdı.

Rəsmi məlumatda qeyd edilmişdi ki, yeni şirkətin ilkin büdcəsi 1.57 milyard dollar təşkil edir. Xiaomi elektromobillərinin irimiqyaslı istehsal proseslərinə 2024-cü ilin birinci yarısında start verilməsi gözlənilir. Elektromobillərin istehsalı ilə məşğul olacaq zavodun il ərzində ümumilikdə 300.000 ədəd elektromobilin istehsal edəcəyi güman edilir (technote.az). Məlumata əsasən şirkət zavodu Pekində iki mərhələdə inşa etməyi planlaşdırır. Təbii ki, şirkət elektromobillərinin Xiaomi ekosisteminə sıx şəkildə inteqrasiya ediləcəklərini gözləmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026