• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Xırdalanda çoxmərtəbəli binada PARTLAYIŞ: Sakinlər təxliyə olundu

HADİSƏ

16 Avqust 2022 | 00:37

Xırdalanda çoxmərtəbəli binada PARTLAYIŞ: Sakinlər təxliyə olundu

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.


SON XƏBƏRLƏR