• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Narkotiki təbliğ edən şəxs saxlanıldı - FOTO

HADİSƏ

14 Sentyabr 2022 | 12:27

Narkotiki təbliğ edən şəxs saxlanıldı - FOTO

Yeniyetmə və gənclər arasında narkotikdən istifadə ilə bağlı təbliğat aparan şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron RPİ-nin Saray Polis Bölməsinin keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan  marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Narkotiki təbliğ edən şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026