Hacıqabul rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayonun Rəncbər kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















