• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda keçmiş vitse-prezident vəfat etdi

HADİSƏ

12 Noyabr 2022 | 14:36

Azərbaycanda keçmiş vitse-prezident vəfat etdi

Azərbaycan Voleybol Federasiyasının (AVF) sabiq vitse-prezidenti Vaqif Əliyev vəfat edib.

AVF-dən Bakıvaxtı.az-a verilən məlumata görə, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülmüş funksioner uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Uzun illər Milli olimpiya Komitəsində İcraiyyə Komitəsinin, Gənclər və İdman Nazirliyində isə kollegiyanın üzvü olmuş V.Əliyev məşqçi və hakim kimi də fəaliyyət göstərib.

Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026