• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Gəncədə kütləvi DAVA - bir nəfər güllələnib, 2 nəfər... - YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2022 | 08:45 | Müəllif: Subhan Mahmudov

Gəncədə kütləvi DAVA - bir nəfər güllələnib, 2 nəfər... - YENİLƏNİB

Gəncə şəhərində baş verən hadisədə bıçaqlanan 1994-cü ildə anadan olmuş Niyazi Bayramov vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

***

11 dekabr, saat 22:45

Gəncədə bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət aldığı davanın təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, pul üstündə baş verən dava zamanı güllələn Əli Bayramov ingilis dili müəllimi olub.

Ə.Bayramov 3 uşaq atası idi. Davaya səbəb isə onun qohumları olan iki qardaş - Kamal və Niyazi Bayramovlardan aldığı 1000 manat pulu qaytarmaması olub.

Hazırda araşdırma aparılır.

***

21:41

Xəbər verdiyimiz kimi dekabrın 11-də Gəncə şəhərində baş vermiş kütləvi dava ilkə əlaqədar Baş Prokurorluq və Daxili Ìşlər nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Bakıvaxtı.az xəbər verir ki, məlumatda qeyd olunur ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

 

***21:40

Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov qətlə yetirilib.
1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.

***21:16

Gəncə şəhərində kütləvi dava olub.

Bakıvaxtı.az-ın məlumatına görə, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Olay nəticəsində bir nəfər güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026