• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hacıqabulda iki avtomobil toqquşdu: Ölən var

HADİSƏ

12 Dekabr 2022 | 09:04 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda iki avtomobil toqquşdu: Ölən var

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbərinə görə, hadisə Pirsaat qəsəbəsində qeydə alınıb.

Belə kİ, "112" qaynar telefon xəttinə Pirsaat qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAZ" markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR