Bakıda mağazada ölüm hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nizami rayonu “8-ci kilometr” qəsəbəsində qeydə alınıb.
Buradakı geyim mağazalarından birində 35 yaşlı Baxışəlizadə Ziyad Nəsir oğlu qəflətən dünyasını dəyişib.
Onun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.(lent.az)
















