• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş Prokurorluqdan Masallıdakı qətlə REAKSİYA

HADİSƏ

14 Sentyabr 2022 | 12:37

Baş Prokurorluqdan Masallıdakı qətlə REAKSİYA

"Bəzi media qurumlarında guya Masallı rayonunun Hacıtəpə kənd sakini, 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb".

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Mətbuat Xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya təkzib olunur:

"Belə ki, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaq orada vəfat edib. Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiq edib. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma davam etdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026