• Bakı 12° C

    0.67 m/s

Xudatda silsilə oğurluqlar edən şəxs saxlanılıb

HADİSƏ

30 Dekabr 2021 | 10:55

Xudatda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə rayonların ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini, axtarışda olan Alim Əlimuradov tutulub.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, spirtli içkilər, külli miqdarda müxtəlif növ siqaretlər və video müşahidə kamerası oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026