• Bakı 17° C

    1.53 m/s

Yaponiya Aya astronavt göndərəcək

DÜNYA

18 Mart 2024 | 12:07

Yaponiya Aya astronavt göndərəcək

Yaponiya Amerikanın Artemida proqramı çərçivəsində Aya iki astronavt göndərməyi planlaşdırır.

Bakıvaxt.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Yapon astronavtları 2028-ci ildə və ya daha sonra Ayda olmalıdırlar. Yerin təbii peykinin səthində onlar hazırda Toyota Motor Korporasiyasının rəhbərliyi altında hazırlanmaqda olan Luna Cruiser roverinə nəzarət edəcəklər .

Məlumata görə, onların  Aya göndərilməsi ilə bağlı razılıq aprelin 10-da Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ- a səfəri zamanı əldə olunacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026