• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yaşıl çay rekord qiymətə satıldı

 

DÜNYA

17 Aprel 2024 | 11:19

Yaşıl çay rekord qiymətə satıldı

Yaponiyada bir kiloqram çay yarpağı 1,11 milyon yenaya (təxminən 7200 dollar) satılaraq rekord qırıb.

Bakıvaxtı.az Yaponiyanın NHK dövlət televiziyasına istinadla xəbər verir ki, Tokionun cənubundakı Şizuoka şəhərində 1957-ci ildən bəri keçirilən ənənəvi çay bazarında mövsümün ilk auksionu keçirilib.

Bir kiloqrama görə rekord qiymətə nail olunub. Fermerlərin bağlı olduğu Ryoqoçi Çay Sənayesi Dərnəyinin prezidenti Hideki Moçizuki xoş qoxulu çay istehsal etdiklərini deyib:

“Ümid edirik ki, dadı və ətri insanların xoşuna gələcək".

Səlahiyyətlilər, bu il çay məhsuldarlığının azalmasının mart ayının sonuna doğru davam edən soyuq havanın təsiri səbəbiylə satış qiymətlərini artırdığını bildirib.

Hərracda satılan çayın orta qiyməti kiloqramı üçün 77 min 637 yen (501 dollar) olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026