• Bakı 23° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Türkiyənin xüsusi elçisi İrəvana nə vaxt GEDƏCƏK

DÜNYA

17 Aprel 2024 | 09:29

Türkiyənin xüsusi elçisi İrəvana nə vaxt GEDƏCƏK

 “İrəvan Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində konstruktiv iştirakını davam etdirir və xüsusi nümayəndələrin davamlı təmaslarına önəm verir. Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşün keçirilməsi ilə bağlı konkret razılaşma və razılaşdırılmış gündəm yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi yerli KİV-ə açıqlamasənda bildirib.

Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda xüsusi nümayəndələrin görüşünün keçirilməsini təklif etmişdi.
Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan isə elçilərin növbəti görüşünün İrəvanda keçirilməsi təklifini Ermənistan tərəfinin qəbul etdiyini bildirmişdi.

Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toivo Klaar da bir neçə gün əvvəl Ermənistan-Türkiyə prosesinə toxunaraq, Aİ-nin Ermənistan-Türkiyə prosesini dəstəklədiyini qeyd edərək, səfirlərin yaxın vaxtlarda görüşəcəyinə ümid etdiyini bildirib.
 

Xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıç sonuncu dəfə 2022-ci il iyunun 1-də Vyanada görüşüblər, bu, onların dördüncü rəsmi görüşü olub. Bu görüşdə tərəflər quru sərhədinin tez bir zamanda üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəliblər. Lakin bu məsələnin həyata keçirilməsində heç bir irəliləyiş yoxdur.


SON XƏBƏRLƏR

29 Aprel 2024