• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Qırğızıstanda "TikTok"a giriş məhdudlaşdırılacaq

DÜNYA

17 Aprel 2024 | 11:28

Qırğızıstanda TikToka giriş məhdudlaşdırılacaq

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi respublika ərazisində TikTok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

“Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə ərazisində TikTok sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya operatorlarına məktub göndərib”, - deyə məlumatda bildirir.

Məlumata görə, qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstanda  uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb olub.

.


SON XƏBƏRLƏR

29 Aprel 2024