• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir

DÜNYA

23 Yanvar 2023 | 18:20 | Müəllif: Subhan Mahmudov

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir

Yaponiyanın baş naziri Fumido Kisida ölkəsinin Rusiya ilə ərazi ixtilafından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Yaponiyanın Rusiya ilə sülh müqaviləsi bağlamaq istədiyini açıqlayıb.

"Baxmayaraq ki, Ukrayna ətrafındakı situasiya ilə əlaqədar Moskva və Tokio arasında münasibətlər gərgindir, Yaponiya hökuməti ərazi məsələsinin həlli istiqamətində siyasətini və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini qoruyub saxlayır", - deyə o Kisida qeyd edib.

Xatırladaq ki, II Dünya müharibəsində Rusiya Yaponiyanın Kuril adalarındakı torpaqlarını tutub. Müharibədən sonra hələ də iki ölkə arasında sülh razılaşması olmayıb və tərəflər Kurili öz əraziləri hesab edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026