• Bakı 13° C

    1.31 m/s

Yaponiyada donuzların taunu yayılıb

DÜNYA

03 Aprel 2021 | 12:22

Yaponiyada donuzların taunu yayılıb

Yaponiyanın şərqindəki Qunma prefekturasında yerli fermaların birində donuzların taunu yayılıb.

Bakıvatxı.az xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.

Epidemioloji tədbirlər çərçivəsində təxminən 10 min heyvanın məhv ediləcəyi qeyd olunur.

Bundan əlavə, səlahiyyətlilər bölgədəki infeksiyanın səbəbini müəyyənləşdirmək üçün araşdırma aparacaqlar.

Qunma ərazisində sonuncu dəfə donuzların taunu xəstəliyi 2020-ci ilin sentyabrında aşkar edilib. Bundan əlavə dekabr ayında Mie prefekturasında, yanvar ayında isə qonşu Vakayama prefekturasında infeksiyanın ocağı aşkar edilib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR