ABŞ-ın Boston şəhərinin sakini, dayə kimi çalışan Stefani Lak uşaq pornoşəkillərini yaydığı üçün saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata əsasən, onun noutbuk və mobil telefonlarında azyaşlılara aid 100-dək pornoqrafik xarakterli fayl aşkarlanıb. O, bu fotoları “Kik” mesenceri vasitəsilə yayıb.
Qeyd olunub ki, dayənin qurbanları əsasən 3-5 yaşlı qızlar olub.
Hazırda o, 5 min dollarlıq girov müqabilində sərbəst buraxılsa da, barəsində istintaq davam etdirilir. Mayın 25-də Stefani hakim qarşısına çıxacaq.