Ermənistanın Fransadakı səfirliyinin qarşısında Nikol Paşinyana etiraz aksiyası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, aksiya zamanı etirazçılar “Satqın Nikol” şüarları səsləndirib və “Təslimçi”, “Satqın” yazılmış plakatlar qaldırıblar.
“Bu, sondur, əclaf, bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir. İt kimi gəbər”, - aksiya iştirakçılarından biri deyib.
















