• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan: 50 milyon doza vaksin istifadə edildi

DÜNYA

01 Iyul 2021 | 23:35

Ərdoğan: 50 milyon doza vaksin istifadə edildi

İyulun 1-dək Türkiyədə koronavirusa qarşı 50 milyondan artıq doza vaksin istifadə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.

"Vaksinlər pandemiyaya qarşı mübarizədə ən effektiv silahdır. İyulun 1-dək ölkəmizdə artıq 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib", - Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti vurğulayıb ki, tezliklə aktiv istifadəyə başlanacaq olan Türkiyənin istehsal etdiyi TURKOVAC peyvəndi sayəsində koronavirusa qarşı mübarizə daha geniş və effektiv olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026