• Bakı 9° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putinlə Ərdoğan arasında telefon danışığı oldu

DÜNYA

31 Iyul 2021 | 13:48 | Müəllif: Subhan Mahmudov

Putinlə Ərdoğan arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026