• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bezos dünyanın ən varlı insanı statusunu itirdi

DÜNYA

31 Iyul 2021 | 08:54 | Müəllif: Subhan Mahmudov

Bezos dünyanın ən varlı insanı statusunu itirdi

"Amazon"un banisi Ceff Bezos ötən sutka ərzində şirkətinin aksiyalarının ucuzlaşması ilə təxminən 14 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanları reytinqində ikinci yerə düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Forbes Real-Time" reytinqində deyilir.

Məlumata əsasən, C.Bezos sərvətinin 6,76 faizini və ya 13,9 milyard dollarını itirib. Hazırda onun sərvəti 192,4 milyard dollar təşkil edir. 

Bununla da dünyanın ən varlı insanları reytinqində birinci yerə sərvəti 192,9 milyard dollar təşkil edən "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətinin sahibi Bernar Arno qalxıb. 

Bildirilir ki, üçüncü yerdə "SpaceX" şirkətinin banisi və "Tesla" şirkətinin baş direktoru İlon Mask qərarlaşıb. Onun sərvəti 179,4 milyard dollara qədər artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026