Türkiyəli məşhur aktrisa, "Yaprak dökümü"nün "Fikrət"i Bennu Yıldırımlar şəxsi həyatı ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Bennunun Bülənt Emin Yararla nigahından dünyaya gələn qızı Adanın aktrisa olduğu ortaya çıxıb.
Belə ki, 2 yaşından anası Bennu Yıldırımlarla birlikdə teatra baxmağa gedən Ada bu sahədə karyera qurmaq istədiyinə qərar verib.
Məşhur aktrisanın qızı orta məktəbi bitirdikdən sonra Konservatoriyaya daxil olub.
2008-ci ildə uşaqlar üçün "Sərgidən Rəsmlər" adlı klassik musiqi şousunda səhnəyə çıxan Ada Yarar "Təkil şəxs" teatr tamaşasındakı çıxışı ilə də diqqət çəkib.
Qeyd edək ki, Bennu həmkarı Bülənt Emin Yararla 1995-ci ildə nigah masasına əyləşib.
Xəyalə Rza